Bakıda yol qəzası, 1 yaşlı körpə ağır yaralandı

17
iyl
2021
22:37
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alı...
