Abşeronda 25 yaşlı gənc qız yol qəzasında ağır xəsarət aldı

28
apr
2021
22:33
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Muxtarova Gülnarə Rövşən qızı müxtəlif xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ağır qəza
Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobi...
