Masallıda təhlükəli vəziyyət nə vaxt aradan qaldırılacaq? - Rəsmi Açıqlama
Masallıda sahibsiz küçə itləri sakinləri qorxuya salıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, rayon ərazisində sahibsiz küçə itlərinin qorxusundan rahat gəzmək olmur:
"Dəfələrlə uşaqlara, qocalara, yoldan keçənlərə hücum ediblər. Qorxudan uşaqları çölə tək çıxmağa da qoymuruq".
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı BAKU.WS-ə açıqlamasınfda bildirdi ki, Masallı şəhəri ərazisində sahibsiz küçə itləri üçün poliqon yaradılıb. Mütəmadi olaraq sahibsiz küçə itləri tutularaq həmin poliqona yerləşdirilir:
"Gündəlik olaraq bu proses həyata keçirilir. Sadəcə insanlar görüntüləri səhər saatlarında çəkiblər. Bununla əlaqədar hətta icra hakimiyyətinə gəlib bizə də müraciət edirlər. Biz də lazımi tədbir görürük".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...