Lənkəranda iki nəfər dənizdə batıb
13
iyl
2018
21:41
Lənkəranda iki nəfər dənizdə çimərkən batıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışları davam edir. Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanovun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Dənizdə batan digər rayon sakini, Ruhid Əzizağa oğlu Babazadənin axtarışları isə davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Dənizdə batmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən keçinib
Dənizdə 26 yaşlı gənc batıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunm...