Yeyib-içdi, gölə girib boğuldu - ŞAMAXIDA
29
apr
2018
12:37
Şamaxı rayon sakini göldə çimərkən batıb.APA-nın yerli bürosunun xəbərinə görə rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, Şirvangöl su anbarı kimi polis əməkdaşları tərəfindən mühafizə edilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ (VİDEO)
Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində 6 nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə...