Polis mayorunun 2 gün sonra hərbi xidmətə gedəcək oğlu kanalda boğulub
Yuxarı Şirvan kanalında çimərkən boğulan gənc iki gün sonra hərbi xidmətə yola düşəcəkmiş.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Şirvan kanalının Ağsunun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsindəki 6 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Firudin Vasif oğlu bibisi və əmisi oğlanları ilə birgə Yuxarı Şirvan kanalının kənarında yemək yeyəndən sonra suda çimməyə başlayıblar. Firudin Əhmədov üzməyi yaxşı bacarmadığı üçün suyun sürətlə axan yerində ehtiyatsızlıq səbəbindən boğulub. Qohumları onun suda batmasından gec xəbər tutub və köməksiz vəziyyətdə qalan 22 yaşlı F. Əhmədov dünyasını dəyişib.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Kürdəmir rayon Polis Şöbəsinin kadrlar şöbəsinin baş inspektoru, mayor Vasif Əhmədovun oğlu olan Firudin Əhmədov bu il Qafqaz Universitetini bitirib və iyulun 1-də hərbi xidmətə yola düşəcəkmiş. Hadisə onun hərbi xidmətə yola salınması münasibətilə yaşadığı evdə keçirilən mərasimdən sonra baş verib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kirayənişini tərəfindən başı kəsilən ev sahibinin FOTOsu yayıldı
Ev sahibi 25 yaşlı kirayənişinini arvadı ilə tutub BAKU.WS xəbər verir ki, Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub. APA-nın məlumatına görə...