Evin tək oğlu dənizdə boğuldu (VİDEO 18+)

Evin tək oğlu dənizdə boğuldu (VİDEO 18+)
Video
Hadisə 4306

 

Lənkəranda 24 yaşlı gənc Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.

BAKU.WS CTV-yə istinadən xəbər verir ki, hadisə avqustun 7-də saat 17:30 radələrində qeydə alınıb.

Lənkəranın Moloja kəndinin sakini Əlövsət İntiqam oğlu Səttayev Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Təcili yardım gələnə qədər ətrafda olanlar gəncin həyatını qurtarmaq üçün ilk yardımı göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb. 

Boğulan şəxsin cəsədi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əlövsət evin tək oğlu olub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıya gəzməyə gələn 2 bacı dənizdə boğuldu - Dəhşətli faciə

Bakıya gəzməyə gələn 2 bacı dənizdə boğuldu - Dəhşətli faciə

Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib. BAKU.WS-in FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə...

4070 Hadisə 11:37 03 avqust 2016

Son xəbərlər