Bakıya gəzməyə gələn 2 bacı dənizdə boğuldu - Dəhşətli faciə
Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib.
BAKU.WS-in FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) baş verib.
2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA-nın bu gün yaydığı məlumata görə, Səmayə Əliyeva ilə yanaşı bacısı, 2002-ci il təvəllüdlü Aytac da dənizdə çimərkən boğularaq ölüb. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 18 yaşlı oğlan dənizdə batıb
Bakıda 18 yaşlı oğlan dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxi...