Boğulan azərbaycanlı dostunu xilas etmək istəyən rus batdı

Boğulan azərbaycanlı dostunu xilas etmək istəyən rus batdı
Hadisə 1155

Rusiyanın Surqut şəhərində azərbaycanlı dostunu xilas etmək istəyən rus vətəndaş boğularaq ölüb.

BAKU.WS-in məlumatına görə, hadisə QRES su anbarının sahilində qeydə alınıb. Aleksandr Lyapin adlı şəxs dostu Səbuhi Ağayevin boğulduğunu görərək ona yardım etməyə çalışıb. Suya tullanan Aleksandr dostunu çıxarmaq istəsədə buna nail ola bilməyib və özü də boğularaq can verib. Hər iki şəxsin meyiti sudan çıxarılıb. 

Aleksandr Lyapin və Səbuhi Ağayev su anbarında balıqçılıqla məşğul olublarmış. Hadisə şahidlərinin bildirdiyinə görə, onlardan biri sürüşüb və suya düşüb. Daha sonra digər balıqçı da suya tullanıb. Ancaq axın güclü olduğu üçün hər iki balıqçı boğulub. 

Qeyd edək ki, balıqçıların ailəsi hələ bir gün əvvəl cəsədi tapılmayan yaxınlarına görə, şəhər administrasiyasının binasının yanında mitinq keçiriblər. Ailələr Surqut şəhəri administrasiyasından su anbarında itkin düşən yaxınlarını tapmağı tələb ediblər. 

 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakirəliyini 14 min dollara satmaq istəyən azərbaycanlı qızdan yeni xəbər

Bakirəliyini 14 min dollara satmaq istəyən azərbaycanlı qızdan yeni xəbər

Rusiyada bakirəliyini satmaq istəyən 20 yaşlı azərbaycanlının zorlanması faktı ilə bağlı yeni təfərrüatlar məlum olub. BAKU.WS-in məlumatına görə, hadisə iyun...

3739 Hadisə 13:17 02 sentyabr 2015

Son xəbərlər