Bakirəliyini 14 min dollara satmaq istəyən azərbaycanlı qızdan yeni xəbər
Rusiyada bakirəliyini satmaq istəyən 20 yaşlı azərbaycanlının zorlanması faktı ilə bağlı yeni təfərrüatlar məlum olub.
BAKU.WS-in məlumatına görə, hadisə iyun ayının sonunda qeydə alınıb. Belə ki, Perm sakini Mixail Dnistryan 14 min dollara bakirəliyini satmaq istəyən 20 yaşlı azərbaycanlı qızı zorlayıb. Cavanlar hətta ödəniş barəsində müqavilə də imzalayıblar. Amma cinayətkar daha sonra rekvizitlərini dəyişdirib və iddia etməyə başlayıb ki, qız ona pul borcludur. Zorlanma faktı üzrə cinayət işi açılıb və cinayətkar həbs edilib.
Berezniki şəhərində baş verən bu hadisə KİV-in gündəmindən düşmür. Dnistryan bu cür əməllərinə görə artıq birinci dəfə deyil mühakimə olunur. O artıq 2011-ci ildə zorlanma faktına görə ittiham olunub. Ancaq cinayətkar psixiatrik xəstəxanasına məcburi müalicəyə göndərilərək həbs olunmaqdan yaxa qurtarıb.
Dnistryan internetində tanışlıqdan sonra Kristina adlı azərbaycanlı qıza bilet alır. Qız bileti də götürərək Bakıdan Bereznikiyə yollanır. Cütlük görüşərək qabaqcadan müəyyənləşdirilmiş evə gedirlər. Kişi və qız razılıq müqaviləsi imzalayıblar. Sonradan qız kişidən bank hesabından çıxarış verməyi xahiş edib. Ancaq kişi sənədləri dəyişərək qıza başqa bir sənəd imzaladıb və nəticədə Kristina bilmədən Dnistryana 5 milyon rubl borclanıb.
Qız aldadıldığını anladıqdan sonra dava baş verib. Dnistryan qıza, ona tabe olmayacağı təqdirdə Bereznikidə fahişəliyə məcbur ediləcəyini söyləyib. Səhər kişinin evdən getdiyini görən qız döşəkağılarından kanat düzəldərək 3-cü mərtəbədən aşağı enməyə çalışıb, amma gücdən düşmüş qız qəflətən yerə yıxılıb. Onu təsadüfən yoldan keçənlər tapıb və təcili yardım çağırıblar. Xəstəxanaya aparılan qızın çanaq-bud sümüyünün sındığı məlum olub.
Məlumatlara görə, Dnistryan əvvəllər şəhər administrasiyasında işləyirdi. O, 2011-ci ildə də öz bakirəliyini satmaq istəyən bir qızla internetdə tanış olub. Dnistryan qızı mənzilinə gətirərək zorlayıb. Məhkəmə psixi vəziyyəti qaydasında olmadığı üçün gənc oğlanı psixiatrik xəstəxanasına müalicəyə göndərib. Daha sonra Dnistryan sağalaraq evə buraxılıb.
Dnistryana bu əməlinə görə, barəsində iki aylıq habs-qəti imkan tədbiri seçilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
15 yaşlı qızı soyundurub döyənlər saxlanıldı (VİDEO)
Rusiyanın Solneçnoqorsk şəhərində 15 yaşlı qızı soyuduraraq döyən məktəbli qızlar həbs edilib. BAKU.WS-in məlumatına görə, 15 yaşlı qız rəfiqəsi Nadejda Kisel...