İsmayıllıda qadın evinin həyətində yad kişi meyiti tapıb
03
fev
2018
13:39
İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyiti tapılıb.APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona qayıdan zaman həyətində tanımadığı bir kişinin meyitini görüb.Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu müəyyənləşib. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilir. Onun hansı səbəbdən öldüyü və meyitinin həyətə necə gətirilməsi müəyyənləşdirilir.Tək yaşayan Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
İsmayıllıda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndin...