Dənizdə batmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən keçinib

25
iyn
2018
19:57
Dənizdə 26 yaşlı gənc batıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsiylə üzləşib və məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılıb.Q.İsmayılov Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.BAKU.WS

Oxşar xəbərlər
Dənizdə çimərkən boğulmuş qadının cəsədi tapıldı
Xaçmazda dənizdə çimərkən batan qadının cəsədi tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, F...