Dənizdə çimərkən boğulmuş qadının cəsədi tapıldı

13
avq
2017
14:20
Xaçmazda dənizdə çimərkən batan qadının cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:50-də başa çatıb.
BAKU.WS

Oxşar xəbərlər
Xəzərdə batan 5 nəfər xilas edildi
Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Su...