Xəzərdə batan 5 nəfər xilas edildi

Xəzərdə batan 5 nəfər xilas edildi
Hadisə 1134

Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bundan öncə isə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin xilasediciləri yenə dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatlar saat 14:05və 14:20-də başa çatıb.

BAKU.WS

Oxşar xəbərlər

Xəzərdə batan 8 nəfər xilas edilib

Xəzərdə batan 8 nəfər xilas edilib

Gün ərzində Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət...

1449 Hadisə 21:27 27 iyul 2017

Son xəbərlər