Nabranda möcüzəvi hadisə: 20 dəqiqə suyun altında qalan qız sağ qaldı

Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb.
F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan "Report"a bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Oxşar xəbərlər
Bir nəfər Şıx çimərliyində batıb
Bakıda daha bir nəfər dənizdə batıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə avqustun 1-də Səbail rayonundakı Şıx...