“Əla növ” adı ilə aşağı keyfiyyətli un satanlar tutuldu – FOTO

“Əla növ” adı ilə aşağı keyfiyyətli un satanlar tutuldu – FOTO
Hadisə 944

Oktyabrın 22-də şəhər ərazisindəki yerləşən ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satıldığı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı istehlakçıların hüquqlarını pozmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxs sahibi olduğu anbarda bu işi təkbaşına görməyib. Kisələrin təkrarən doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova tapşırıb.

Hal şahidlərinin iştirakı ilə R.Məhsimova məxsus anbara keçirilən baxış zamanı oradan satış üçün nəzərdə tutulmuş, “əla növ” adıyla qablaşdırılmış 13 kisə un, xeyli sadla boş kisələr və tikiş üçün istifadə olunan avadanlıq aşkar edilib.

Bundan əlavə, R.Məhsimova məxsus yük avtomobilinə baxış zamanı ərzaq mağazasına aparılacaq un məmulatları arasında haqqında bəhs olunan 5 kisə “əla növ un aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda maşın oğruları tutuldu – FOTO

Bakıda maşın oğruları tutuldu – FOTO

Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Qeyd edək ki, Bakı şəhər s...

12 Hadisə 13:30 22 oktyabr 2018

Son xəbərlər