Nardaran sakinlərindən silah-sursat götürülüb - VİDEO
29
sen
2018
15:37
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatların aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbirləri həyata keçirilib.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub.Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu etiraf edib.Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasov saxlanılıb. Onun həyətinə baxış zamanı isə torpağa basdırılmış “TOZ-8” modelli lüləsi və qundağı kəsilmiş yivli tüfəng aşkar olunaraq götürülüb.Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə, aşkar edilən silah-sursat isə ekspertizaya göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Bayılda avtomat satan şəxs tutuldu
Bayıl qəsəbəsində “Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıbDaxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...