Bakı Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanıldı (FOTO)

Bakı Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanıldı (FOTO)
Hadisə 1525
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.BAKU.WS
Bakı Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanıldı (FOTO)

Oxşar xəbərlər

Son xəbərlər