Kürdəmirdə açıq ərazidə otluq sahə yanır
"Kürdəmir rayonunda açıq ərazidə quru otluq sahə yanır".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
*** 14:46
Kürdəmir rayonunda yaşıllıq olan ərazidə yanğın başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Geniş ərazini əhatə edən yanğın nəticəsində sıx qara tüstünün havaya qalxdığı görünür. İlkin məlumata görə, hadisə meşəlik sahədə qeydə alınıb və ağaclar yanır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. BAKU.WS xəbər verir ki, tədbirlərlə hər ikisi...