Kreditini ödəmək istəməyən şəxs qanlı cinayət törətdi
Siyəzən rayonunda martın 7-də bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS-in APA-ya istinadən məlumatına görə, rayon sakini 40 yaşlı Rafael Hüseynov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.
Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədib.
Belə ki, R. Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub. R Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb. Hazırda xəsarət alan şəxs evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində sahibkarı güllələyib öldürdülər
Bakının mərkəzində qətl hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Nəsimi rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, hadisə martın 6-da axşam saatları...