Bakıda transseksualın boğazını kəsdilər

Bakıda transseksualın boğazını kəsdilər
Hadisə 5078

 

Bakıda transseksuala ağır bədən xəsarətləri yetirilib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə metronun "Gənclik” stansiyasının yaxınlığında baş verib. Ağır xəsarətlər alan Novruzov İlqar Əli oğlu xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir nəfər naməlum şəxs başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu fahişə qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar "Gənclik” metrostansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər. 

Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbiləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

1 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Bəhruz Zeynalov bildirib ki, Sumqayıt sakini İlqar Novruzov xəstəxanaya boyunun sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub: "Təcili qaydada əməliyyat olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

27 yaşlı gözdən əlil qızı döyüb zorladılar (VİDEO)

27 yaşlı gözdən əlil qızı döyüb zorladılar (VİDEO)

Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli və iyrənc cinayət baş verib. BAKU.WS-in məlumatına görə, hadisə gecə saatlarında törədilib. Naməlum şəxs 27 yaşlı...

4743 Hadisə 13:55 30 oktyabr 2015

Son xəbərlər