Kreditdə olan maşınları satanlara xəbərdarlıq

Kreditdə olan maşınları satanlara xəbərdarlıq
Sosial 2269

 

Azərbaycanda avtomobili kreditlə alanlar üçün yeni problem yaranıb. Əslində bu problemi avtomobil sahiblərinin özü yaradıb. Söhbət kreditdə olan avtomobillərin etibarnamə ilə satışından gedir. Sürücülərin bir hisəsi alqı-satqının rəsmiləşdirlməsi üçün əlavə xərc ödəmək istəmədiyinə görə, avtomobili hətta kreditdə olsa da etibarnamə ilə satırlar. Bu isə gələcəkdə həm alıcını, həm də satıcıya gözlənilməz problemlər yaradır.

Kreditdə olan avtomobili etibarnamə ilə alanlara SOS!

"BOA Kollektor Agentliyi”nin rəhbəri Samir Mustafayev fins.az-a bildiribki, kreditdə olan avtomobilin etibarnamə ilə alınıb-satılması ilə bağlı problemlərlə bir neçə dəfə rastlaşıblar. Belə ki, kreditdə olan avtomobili alan şəxs bəzi hallarda bankın borcunu ödəmir. Belə olan halda avtomobili satan şəxs onun qanuni sahib olduğu üçün borc ondan tələb edilir. Hətta onun ölkədən çıxışına da qadağa qoyulur: "Məsələn, bir neçə il əvvəl istirahət üçün ailəsi ilə birlikdə xaricə getmək istəyən vətəndaşı hava limanında saxlamışdılar. Məlum olmuşdu ki, bir neçə il əvvəl bankda kreditdə olan avtomobilini etibarnamə ilə satıb. Amma avtomobili alan şəxs banka olan 500-600 manatlıq borcunu ödəməyib. Nəticədə ödənilməyən kredit daha da artaraq avtomobilin qanuni sahibi üçün əlavə yükə çevrilib. Və buna görə də onun ölkədən çıxışına qadağa qoyulub”.

Etibarnamə ilə satılan bütün avtomobillər sürücüləri ziyana sala bilər

S. Mustafayevinsözlərinə görə, avtomobilinetibarnamə ilə satılması təkcə bankdakreditdə olanavtomobilsahibləri üçündeyil, bütünsürücülərigözləmədiyihalda əlavə xərcə salabilər: ”Məsələn, avtomobilietibarnamə ilə alan şəxsinbankaborcuyaranmışdı. Həmin şəxs avtomobilini satıb borcunu ödəmək istəyirdi. Amma maşının qanuni sahibini tapa bilmədiyi üçün maşını satmaq mümkün deyildi. Çünki avtomobili satan şəxs 4 il əvvəl Rusiyaya köçmüşdü”.

"Belələrinə faizsiz kredit təklif edirik”

S.Mustafayev bildirir ki, belə müştərilərin problemləri banklara yaxşı məlumdur. Ona görə də adətən onlara qarşı bəzi güzəştlər edilir. Belə ki, avtomobili etibarnamə ilə alıb banka kreditini ödəyə bilməyən müştərilərə çıxış yolu olaraq bəzi hallarda faizsiz kredit təklif edilir: "Agentlik bank qarşısında öhdəlik götürərək müştəridən krediti hansı müddətdə ödəyə biləcəyi dəqiqləşdirir. Həmin müddətdə kredit qrafikə uyğun olaraq hissə-hissə ödənilir”.

Əlavə problemlərlə qarşılaşmaq istəmirsizsə, avtomobili etibarnamə ilə almayın

Avtomobilin etibarnamə ilə satılması həm alıcı, həm də satıcı üçün əngələ çevrilə bilər. Adətən əlavə rüsum xərclərini ödəməkdən yayınmaq üçün avtomobilin etibarnamə ilə alqı-satqı prosesi aparılır. Belə "qənaət” sürücüləri gözlənilməz hallarla qarşı-qarşıya qoyur. Ekspertlər bildirirlər ki, avtomobil almağa hazırlaşan və ya avtomobili etibarnamə ilə alan vətəndaşlar avtomobili öz adlarına rəsmiləşdirməlidirlər. Sürücülər yalnız bu zaman, avtomobil aldığına görə, bankdan borcun qaytarılması, əmlaka həbs, ölkədən çıxışa qadağa kimi gözlənilməz hadisələrlə qarşılaşmayacaqlarına əmin ola bilərlər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər