Bakıda 83 yaşlı ana oğlunu bıçaqladı

03
yan
2016
13:10
Bir neçə gün əvvəl Bakıda qəribə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb.
Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. Məlum olub ki, 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib.
Araşdırma davam etdirilir.
BAKU.WS
