Kiş meşəbəyliyindəki yanğın söndürülüb

Kiş meşəbəyliyindəki yanğın söndürülüb
Hadisə 877
Kiş meşəbəyliyində baş vermiş yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.Yanğın zamanı 1,2 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.Xatırladaq ki, dekabrın 29-da saat 13:30 radələrində Şəki rayonu yaylaq ərazisində başlayan yanğın sonradan külək nəticəsində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçmişdi.BAKU.WS

Oxşar xəbərlər

Daşkəsəndəki meşə yanğını söndürüldü

Daşkəsəndəki meşə yanğını söndürüldü

30 oktyabr 2017-ci il tarixində axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş ver...

774 Hadisə 11:29 31 oktyabr 2017

Son xəbərlər