Hövsanda ağır yol qəzası: Sürücü xəstəxanaya aparılarkən yolda vəfat etdi
29
iyl
2026
10:12
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edilib ki, hadisə ötən gecə saat 02:30 radələrində Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və "Akkord" qarajının yaxınlığında baş verib.
77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobilin sürücüsü təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən həyatını itirib.
Bildirilir ki, dünyasını dəyişən şəxsin adı Nicatdır və Hövsan sakinidir.
Oxşar xəbərlər
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət...