Həbsxanaya narkotik keçirmək istədi, tutuldu

Həbsxanaya narkotik keçirmək istədi, tutuldu
Hadisə 1021
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 315.2; 66.3; 67.1 və 234.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şamilov Zöhrab Əhməd oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhər sakini Cəfərov İlqar Südgül oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən 1,032 qram narkotik maddə - marixuana aşkar edilib.Qeyd olunan faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər