Həbsxanadakı oğluna narkotik gətirmiş ana saxlanıldı

Həbsxanadakı oğluna narkotik gətirmiş ana saxlanıldı
Hadisə 2448
 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamellanın üstünə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

BAKU.WS

Oxşar xəbərlər

Narkobaron ailə həbs olundu -  VİDEO

Narkobaron ailə həbs olundu - VİDEO

Şirvanda heroinin satışı ilə məşğul olan ata, oğul və qadın saxlanılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat...

6160 Hadisə 09:09 05 may 2017

Son xəbərlər