Şorun içində həbsxanaya psixotrop maddə keçirmək istədi
21
dek
2017
20:26
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Yeni rəis təcridxanada ciddi tədbirlər görməyə başladı (FOTO)
Bakı İstintaq Təcridxanasının yeni rəisi Elnur İsmayılov təcridxanada ciddi nizam-intizam yaratmağa başlayıb.BAKU.WS-in məlumatına görə, Elnur İsamyılov istinta...