Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!

Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ  - Diqqətli olun!
Hadisə 3795
Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb. BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49 %-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb. U.Tağıyeva əlavə edib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub:"Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır: "Sabah, avqustun 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək. Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq".

Oxşar xəbərlər

Hava niyə qeyri-sabit keçir? - Səbəb açıqlandı

Hava niyə qeyri-sabit keçir? - Səbəb açıqlandı

"İyul ayının birinci ongünlüyü demək olar ki, qeyri sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur. Əgər keçən il iyul ayında...

599 Şou-biznes 14:16 10 iyul 2019

Son xəbərlər