Hadisə yerindən qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib
07
mar
2019
16:09
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırmalarla 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjovun idarə etdiyi “Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.Martın 7-də M.Gradjova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Ana və qızının öldüyü qəzanın baş verdiyi an - VİDEO
Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan qəza baş verib.Bu barədə B...