Bakıda yaşlı kişini ölümə ataraq qaçan şəxsi polis tutdu

Bakıda yaşlı kişini ölümə ataraq qaçan şəxsi polis tutdu
Hadisə 652
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilirb.BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb.Verilən məlumata görə, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində yol qəzası baş verib.Yolda 1980-cı il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi “Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq sonuncunun ölümünə səbəb olmasıvə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində B.Əliyev yanvarın 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.BAKU.WS

Son xəbərlər