Bakıda “999” nömrəli “Mercedes-Benz GLS”in sürücüsü tutuldu
11
fev
2019
10:23
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutulub.Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğun BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.Belə ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olmasıvə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yaşlı kişini ölümə ataraq qaçan şəxsi polis tutdu
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilirb.BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər p...