Göygöldə mikroavtobus aşdı: Xəsarət alanlar var
Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar evə buraxılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, iyunun 20-də saat 05:50-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator ambulator müalicə üçün evə buraxılıblar.
*** 09:20
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan 4 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş ve...