Gəncədə partlayıcı pirotexniki vasitələr aşkarlandı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K.Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.
K.Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
DİN partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib - VİDEO
DİN pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edib. Bu barədə Daxili İşlər Nazi...