Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr yığışdırılır

Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr yığışdırılır
Hadisə 659
Polis insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan partlayıcı, tezalışan maddələr və pirotexniki məmulatların satışı, eləcə də istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 13962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.Bu istiqamətdə tədbirlər davam etdirilir. BAKU.WS

Oxşar xəbərlər

Bakıda uşaqları zəhərləyənlər tutuldu

Bakıda uşaqları zəhərləyənlər tutuldu

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara al...

678 Hadisə 13:10 11 dekabr 2018

Son xəbərlər