Bakıda silah və sursat tapıldı
17
noy
2018
11:41
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır. BAKU.WSOxşar xəbərlər
DTX və polis birgə əməliyyat keçirdi
Polis və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ast...