Azərbaycanda əməliyyat – Polis iyrənc məsələnin üstünü açdı

Azərbaycanda əməliyyat – Polis iyrənc məsələnin üstünü açdı
Hadisə 1962

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, növbəti belə tədbir DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə noyabrın 15-də Göyçay rayonu ərazisində keçirilib.

Birgə tədbirlərlə noyabrın 15-də saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bərdədə 600 kiloqram at əti aşkarlanıb

Bərdədə 600 kiloqram at əti aşkarlanıb

Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müba...

1476 Sosial 14:22 20 oktyabr 2018

Son xəbərlər