Bərdədə 600 kiloqram at əti aşkarlanıb
20
okt
2018
14:22
Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib. Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda polis əməliyyat keçirtdi – 300 kiloqram yararsız ət tapıldı
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Ca...