Bərdədə 25 yaşlı gənc özünü yandıraraq intihar edib
18
okt
2017
16:02
Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib."Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Səkkizinci sinif şagirdi özünü fındıq ağacından asdı
Qax rayonunda 13 yaşlı oğlan intihar edib.BAKU.WS-in Report-a istinadən məlumatına görə, rayonun Əmbərçay kənd sakini 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özün...