Bakıda uşaqları zəhərləyənlər tutuldu
11
dek
2018
13:10
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Yasamal, Nizami, Xətai, Sabunçu, Nərimanov, Binəqədi və Səbail Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.Həmin mağaza və köşklərin 20 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilmiş və hər biri 100 manat məbləğində cərimə olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda 20 obyekt uşaqlara alkoqollu içki və siqaret satdığına görə cərimələndi - FOTO
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam...