Polis polkovniki Azərbaycanda uşaqların üzləşdiyi təhlükədən danışdı

Polis polkovniki Azərbaycanda uşaqların üzləşdiyi təhlükədən danışdı
Şou-biznes 877
“Bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir. Bu gün əsas məqsədimiz uşaqları bu cür aqressiyadan qorumaq üçün onların internet təhlükəsizliyini təmin etməkdir”.BAKU.WS Trend agentliyinə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.A.Adıgözəlov qeyd edib ki, mətbuatda bu barədə məlumatlar şişirdilsə də, əslində son 5 ildə yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hallarının sayında artım müşahidə edilmir:“Törədilən hər bir fakt qanunvericiliyə uyğun olaraq, polis tədqiqatının predmetinə çevrilib və ona hüquqi qiymət verilməsi üçün məhkəmələrə təqdim edilib. Yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına gəlincə, əminliklə deyə bilərəm ki, son 5 ildə bu sahə üzrə rəqəmlərdə elə böyük artım yoxdur”.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov rəisi işdən çıxardı

Ramil Usubov rəisi işdən çıxardı

Daxili işlər orqanlarında yeni təyinat olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi, p...

3 Sosial 15:58 11 dekabr 2017

Son xəbərlər