Oğluna toy etmək istəyən astaralı anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...

Oğluna toy etmək istəyən astaralı anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...
Hadisə 30369
Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Publika.az xəbər verir ki, Fəxriyyə Hüseynova özgə əmlakını ələ keçirmək niyyətilə 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gəlib.O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağaza sahibi Oktay Kazımova deyib.Fəxriyyə Hüseynova Oktay Kazımovu inandıraraq etibarını qazanıb və bir ədəd 13,6 qram çəkidə 550 manat dəyərində qızıl sırqa-üzük, bir ədəd 15 qram çəkidə 550 manat dəyərində briliyant qaşlı klonu ilə birlikdə qızıl boyunbağı, bir ədəd 3 qram çəkidə 150 manat dəyərində qızıl kişi üzük, bir ədəd 10 qram çəkidə 500 manat dəyərində qızıl boyunbağı götürüb.Oktay Kazımovun sonradan etdiyi müraciətlərə baxmayaraq Fəxriyyə Hüseynova aldığı qızılların pulunun verilməsindən imtina edib və aldatma yolu ilə onun 1750 manat dəyərində əmlakını ələ keçirib.Bundan başqa Fəxriyyə Hüseynova həmin ilin oktyabrın 1-də saat 11.00-da Qazax şəhər Heydər Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gələrək yenə də eyni rolu oynayıb. O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağazada satıcı işləyən Minayə Məmmədovaya bildirib. O, Minayə Məmmədovanın inandıraraq etibarını qazanıb.Fəxriyyə Hüseynova mağazanın satıcısından bir ədəd 45 qram çəkidə 1450 manat dəyərində qızıl boyunbağı və bir ədəd 10 qram çəkidə 550 manat dəyərində qızıl qolbağı götürərək gedib. O, satıcının müraciətlərinə baxmayaraq apardığı qızılları geri qaytarmayıb. Bu yolla Minayə Məmmədovaya 2000 manat dəyərində ziyan vurub.6 oktyabr 2015-ci il tarixdə, saat 09.00-da Fəxriyyə Hüseynova qeyri-rəsmi nikah münasibətində olduğu Qazax rayon Canallı kəndində yaşayan Nazim Hüseynovun evində yaşadığı müddətdə ona qarşı da dələduzluq edib. O, Nazim Hüseynovun mülkiyyətində olan üç ədəd hər biri 10 qram çəkidə, ümumi dəyəri 600 manat olan qızıl üzük, bir ədəd 200 manat dəyərində “Kreker” markalı avtomobil yuyan aparat və bir ədəd 100 manat dəyərində “Soni” markalı fotoaparatı götürüb. O, Bununla da Fəxriyyə Hüseynova qeyri-rəsmi yaşadığı Nazim Hüseynovun 900 manat dəyərində əmlakını ələ keçirib. Fəxriyyə Hüseynova zərərçəkmişlərin şikayətindən sonra həbs edilib.Fəxriyyə Hüseynova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrilə ittiham olunub.Qazax rayon Məhkəməsinin hökmü ilə Fəxriyyə Hüseynova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəxriyyə Hüseynova apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi prosesdə araşdırılıb.Fəxriyyə Hüseynova apelyasiya şikayətində göstərib ki, heç kəsi aldatmaq fikri olmayıb və heç kimə qarşı dələduzluq etmyib: “Qızılları götürməkdə məqsədim həqiqətən oğluma toy etmək olub. Lakin sonradan oğlumun xəstəliyinə görə əldə etdiyim pulları onun müalicəsinə xərcləmişəm. Zərərçəkmişlərdən Oktay Kazımov və Nazim Hüseynov mənə qarşı şikayətçi deyillər. Məhkəmə işin bu hallarını nəzərə almayıb. Hazırda oğluma baxan yoxdur. Barəmdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyirəm. Baş verənlərdən peşmanam, həbsdən azad olunaramsa, zərərçəkənlərlə razılıq əldə edəcəm. Onlara dəymiş ziyanı ödəyəcəm. Vəziyyətimin yüngülləşdirilməsini, barəmdə şərti cəza təyin edilməsini xahiş edirəm”.Dövlət ittihamçısı Qalib Rizvanov müdafiə tərəfinin apelyasiya şikayəti ilə razılaşmayıb. O, qeyd edib ki, Fəxriyyə Hüseynovanın apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.Dövlət ittihamçısı qeyd edib ki, Fəxriyyə Hüseynovanın ona qarşı irəli sürülən digər ittihamlarla nəzərdə tutulan əməlləri törətməsi sübut olunub: “Onun təqsirli olması özünün ifadələri ilə yanaşı, həmçinin istintaq orqanının topladığı çoxsaylı sübutların məcmusu ilə tamamilə təsdiqini tapıb. Təyin edilən cəza işin hallarına, əməlin ictimai təhlükəliliyinə, məhkumun şəxsiyyətinə tam uyğundur”.Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fəxriyyə Hüseynovanın apelyasiya şikayəti təmin olunmayıb. Amma ona təyin edilmiş hökm dəyişdirilib.Yeni hökmə əsasən, Fəxriyyə Hüseynovanın barəsində olan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə itttihama xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.BAKU.WS

Son xəbərlər