FHN-dən DYP-nin cərimə meydançasındakı yanğınla bağlı AÇIQLAMA
29
iyn
2018
18:57
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.Yanğın zamanı xəsarət alan olmayıb.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Porsche" yandı - hadisə yerindən görüntülər (VİDEO)
Bakıda "Porsche" markalı avtomobil maneəyə çırpılaraq yanıb.BAKU.WS xəbər verir ki, qəza Nərimanov rayonu ərazisində tuneldə baş verib. "Porsche" markalı minik...