FHN Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

05
may
2018
15:46
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb. Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.BAKU.WS

Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın - sakinlər təxliyyə olundu
Bakıda yaşayış binasında yanğın baş verib.FHN-dən verilən məlumata görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yo...