Ermənilər Türk TIR-larına hücum etdilər - FOTO
18
apr
2016
15:32
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki son döyüşləri bəhanə edən ermənilər Gücüstanla Türkiyə arasındakı Çıldır-Aktaş sərhəd keçid məntəqəsində Türk TIR-larına hücum ediblər. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Axalkləkdə baş verib. Etnik ermənilər yolu qayalarla bağlayaraq Türkiyə TIR-larını daşa basıblar. Həyatlarına təhlükə hiss edən TIR sürücüləri Türkgözü sərhəd keçid məntəqəsindən istifadə etməyə məcbur olublar. Bu da Türkiyə Gürcüstan sərhədində 4 km uzunluğunda tıxac yaradıb. BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Moskvada azərbaycanlılara hücum etdilər
Rusiyada azərbaycanlı ermənilər tərəfindən döyülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərində qeydə alınıb. 59...