Əliyevin qərarı Türkiyəni hərəkətə gətirdi
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyadan Mərkəzi Asiyaya getməsinin qarşısı alınan Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün təlimat verməsindən sonra Ankara bu jesti daha dərindən dəyərləndirmək üçün ciddi görüşlərə başlayıb.
BAKU.WS-in ans press-ə istinadən məlumatına görə, ötən ay Bakıda "Xəzər Tranzit Dəhlizi" layihəsinin təqdimatını keçirən Türkiyə nümayəndələri bu dəfə Qazaxıstanda rəsmi təmaslara başlayıb.
Astanada səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib ki, "Xəzər Tranzit Dəhlizi" layihəsi Türk dünyasını ticarət sektorunda bir-birinə daha da yaxınlaşdıracaq və bu layihə mütləq həyata keçməlidir.
Mustafa Elitaş
"Qazaxıstanı Avropa və Türkiyəyə bağlayan ən qısa nəqliyyat xətti olacaq "Xəzər Tranzit Dəhlizi"nin effektli şəkildə fəaliyyətə başlaması üçün Aktau limanının mövcud tutumu genişləndirilməli və modernizə edilməlidir", - türk nazir bildirib.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.
Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.
İlham Əliyevin təlimatına əsasən Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülməyəcək.
BAKU.WS
Oxşar xəbərlər
Prezident: "Neftin qiyməti uzun müddət aşağı qalmayacaq"
"Azərbaycanda neftdən sonrakı dövr başlayıb. Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır". Bu sözləri IV Qlobal Bakı Fo...