Ermənilər Moskvada azərbaycanlılara hücum etdilər

Ermənilər Moskvada azərbaycanlılara hücum etdilər
Hadisə 2633
 

Rusiyada azərbaycanlı ermənilər tərəfindən döyülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərində qeydə alınıb.

59 yaşlı Azərbaycan vətəndaşı baş və beyin silkələnməsi diaqnozu ilə şəhər xəstəxanasına gətirilib. O bildirib ki, iki naməlum şəxs onu 4 nömrəli Sokolovoqorsk keçidinin qarşısındakı evinin yaxınlığında döyüblər.

Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - 23 və 25 yaşlı Rusiya vətəndaşı olan ermənilər saxlanılıb. Hər iki şəxsin əvvəllər oğurluğa görə həbs edildiyi bildirilir. Onlar törətdikləri əməlləri etiraf ediblər.

Faktla bağlı döymə faktına görə cinayət işi açılıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı

Bakıda univermaq qarət olundu: qızıllar oğurlandı

Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. BAKU.WS anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan...

3552 Hadisə 09:35 31 mart 2016

Son xəbərlər