Ermənilər Tərtərin suyunu kəsdi
Ermənilərin Sərsəng su anbarından Tərtər çayı vasitəsilə axıb gələn suyun qarşısını kəsməsi tərtərli fermerlərin yaz-tarla işləri ilə məşğul olmasını çətinləşdirir.
BAKU.WS El TV-yə (Region TV) istinadən xəbər verir ki, İndi Tərtər çayında suyun səviyyəsi aşağı olduğundan su əkin sahələrinə çatmır. Bu da təsərrüfatı olanların suvarma işində çətinliklər yaradır.
"Misal üçün, sahəni sulamağa, bağı sulamağa, heyvanları suvarmağa su tapmırıq. Yəni, hər şeydə su ilə bağlıdır də. Yoxdur, qardaş, tapılmır. Belə də qalmışıq zülmdə, bax belə", - deyə rayonun Seydimli kənd sakini Vüqar Hüseynov bildirib.
Sərsəngin hələ də işğalçı Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalması nəticəsində 80 faiz əkinə yararlı torpaq sahəsində suvarma problemi yaşanır. Yaranan problemlərin qarşısını almaq üçün rayon ərazisində qazılan subartezian quyuları isə əhalinin tələbatını tam ödəmir.
"27 700 hektar əkinə yararlı sahəmiz var. O qədər də suvarılan torpaqlardır. Suvarılan torpaqlarda əsasən əhalini bu vəziyyətdən çıxarmaq üçün biz subartezian quyularından istifadə edirik", - deyə Tərtər RİH-in əməkdaşı Xatirə Məmmədova vurğulayıb. Bildirək ki, Sərsəng su anbarı 5 milyon 500 min kubmetr su tutumuna malikdir. Vaxtilə anbardan saniyədə 90 kubmetr su axıdılıb. Nəticədə isə 113 min hektar əkin sahəsini suvarmaq mümkün olub.
BAKU.WS
Oxşar xəbərlər
Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqə kəsildi
Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib. "KANAL S" ( Region TV) xəbər verir ki, Ərciman kəndinin ərazisi...