Egey dənizində 5,2 və 5,1 bal gücündə zəlzələ baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Egey dənizində ard-arda iki güclü zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fevralın 10-da yerli vaxtla saat 23:16-da Egey dənizində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub və Muğlanın Bodrum rayonundan 160,66 km məsafədə yerləşib. İlkin məlumatlara görə, zəlzələ hər hansı bir fəsada səbəb olmayıb.
Bundan təxminən iki saat sonra, fevralın 11-də, saat 01:37-də 5,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələnin episentri Bodrumun Turgutreis bölgəsindən 147,56 km məsafədə olub.
Zəlzələdən sonra 2-3 bal gücündə çoxsaylı afterşoklar baş verib. İzmir, Muğla, Balıkesir, Manisa, Aydın və Çanaqqala kimi şəhərlərdə də hiss edilən yeraltı təkanlar nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...