Düz bağırsağında narkotik keçirmək istəyən şəxs Gömrükdə tutuldu

Düz bağırsağında narkotik keçirmək istəyən şəxs Gömrükdə tutuldu
Hadisə 682

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 5 ədəd "metadon" həbləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

İrandan qızıl keçirmək istəyən qadın saxlanılıb

İrandan qızıl keçirmək istəyən qadın saxlanılıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.Komitədən...

619 Hadisə 15:25 03 noyabr 2018

Son xəbərlər